İspaniya klubları 6 ildən sonra Avropa kuboklarında mövsümü titulsuz başa vurublar.
İdman.biz xəbər verir ki, pireneylilər bu aqibəti sonuncu dəfə 2019-cu ildə yaşayıblar.
2018/2019 mövsümü mükafatsız başa vuran ispanlar bundan sonra hər il ən azı bir titul qazanıblar. 2020-ci və 2023-cü illərdə "Sevilya", 2021-ci ildə isə "Vilyarreal" Avropa Liqasının qalibi olub. 2022-ci və 2024-cü illərdə isə "Real" Çempionlar Liqasında baş mükafata sahib olub.
Qeyd edək ki, "Betis" Konfrans Liqasının finalında "Çelsi"yə 1:4 hesabı ilə uduzub. İki gün sonra keçiriləcək Çempionlar Liqasının finalında isə İspaniya təmsilçisi olmayacaq.
İdman.biz