Rusiyanın “Lokomotiv” futbol klubunun futbolçularını və texniki heyətini Moskva şəhərinə aparan qatar Voronej yaxınlığında pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.
İdman.Biz xəbər verir ki, hadisə barədə ilk məlumatı rusiyalı jurnalistlər sosial şəbəkələrdə yayıblar.
Məlumatda bildirilir ki, dron futbolçuların olduğu vaqondan dörd vaqon aralıda olan hissəyə düşüb.
Hadisə nəticəsində beş sərnişin xəsarət aldığı qeyd olunub. Öz növbəsində “Lokomotiv”in həkimləri yaralılara yardım göstəriblər.
Daha sonra “Lokomotiv” rəsmi açıqlama yayaraq komandanın tam heyətlə məşq bazasına qayıtdığını və Rusiya Kuboku ilə çempionatın oyunlarına hazırlığa başladığını bildirib. Klub hadisə zamanı operativ və peşəkar fəaliyyətlərinə görə əməkdaşlarına, eləcə də dəstəyə görə Rusiya Premyer Liqasına və “Fakel” klubunun rəhbərliyinə təşəkkür edib.
