“Barselona”nın futbolçusu Xavi Espart İspaniya La Liqasının onuncu turunda “Real Madrid”lə keçirilən oyunda (1:2) aldığı zədə səbəbindən təxminən yeddi həftə yaşıl meydanlardan kənarda qalacaq.
İdman.Biz xəbər verir ki, Kataloniya klubunun mətbuat xidməti futbolçunun vəziyyəti ilə bağlı rəsmi açıqlama yayıb.
Tibbi müayinələr Espartın rəqib futbolçu ilə toqquşma nəticəsində sağ ayaq biləyinin sindesmoz bağlarından zədə aldığını təsdiqləyib. Onun bərpasının təxminən yeddi həftə çəkəcəyi gözlənilir.
Qeyd edək ki, müdafiəçi “Real Madrid”lə qarşılaşmanın 30-cu dəqiqəsində zədələnərək əvəzlənib. “Barselona” hazırda La Liqanın turnir cədvəlinə başçılıq edir.
