A Seriyasının bombardiri iki klubun hədəfində

Xəbərlər
28 May 2025 02:16
49
A Seriyasının bombardiri iki klubun hədəfində

"Atalanta"nın hücumçu Mateo Retegi iki klubun maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, "Mançester Yunayted" və "Atletiko" italiyalı futbolçu ilə maraqlanır.

İtaliya mətbuatının yaydığı məlumata görə, Berqamo klubu 60 milyon avro qarşılığında retegenin keçidinə yaşıl işıq yandıracaq. Retegui özü isə İspaniya La Liqasında çıxış etmək arzusundadır.

Qeyd edək ki, 26 yaşlı forvard A Seriyasının bombardiri olub. O, 36 oyunda 25 dəfə fərqlənib.

İdman.biz