Arda Turan "Şaxtyor"u çalışdıracaq

Xəbərlər
27 May 2025 23:44
56
Arda Turan "Şaxtyor"u çalışdıracaq

Arda Turan "Şaxtyor"un baş məşqçisi təyin olunub.

İdman.biz xəbər verir ki, Donetsk klubunun mətbuat xidməti bu barədə açıqlama yayıb.

Türkiyəli mütəxəssis "Şaxtyor"un tarixində 39-cu məşqçi olub. Onunla 2026/2027-ci illər mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Arda Turan Türkiyə Superliqasında "Eyupspor"un baş məşqçisidir. O, mövsümün sonunda komandadan ayrılacaq.

İdman.biz