Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında sabah 1/4 finala start veriləcək.
İdman.biz xəbər verir ki, millimizin rəqibi İngiltərə olacaq.
Oyun saat 20:30-da start götürəcək. Günün ilk qarşılaşmasında isə Macarıstan və Mavritaniya münasibətlərə aydınlıq gətirəcəklər. Monteneqro - Çexiya və Serbiya – Bosniya və Herseqovina görüşlərində növbəti yarımfinalçılar bəlli olacaq.
Minifutbol üzrə dünya çempionatı
1/4 final
29 may
17:30. Macarıstan - Mavritaniya
19:00. Monteneqro - Çexiya
20:30. İngiltərə - Azərbaycan
22:00. Bosniya və Herseqovina - Serbiya
Qeyd edək ki, 1/4 finalın mayın 27-də müəyyənləşən ilk iki cütündə Azərbaycan İngiltərə ilə, Mavritaniya Macarıstanla qarşılaşacaq.
İdman.biz