Azərbaycan çemponatında çıxış edən "Sabah" baş məşqçisi Vasili Berezutski ilə yollarını ayırmağa hazırlaşır.
İdman.biz saytı TaToTake-ə istinadən xəbər verir ki, paytaxt klubu ukraynalı mütəxəssis Ruslan Rotanla danışıqlar aparır.
Ölkəsində “Oleksandriya”ya rəhbərlik edən Rotanın dünən “Sabah”ın dəvəti ilə Bakıya səfər etdiyi bildirilib. 2024/25 mövsümündə Ukraynanın ən yaxşı məşqçisi sayılan 43 yaşlı mütəxəssisin "bayquşlar"a gələcək planları müzakirə edib. Onun komandaya rəhbərlik edəcəyi gözlənilir.
Qeyd edək ki, “Sabah” Azərbaycan Misli Premyer Liqasında 5-ci pillədə başa vurub. Komanda mayın 31-də Azərbaycan Kubokunun finalında “Ağdam Qarabağ”ı ilə qarşılaşacaq.
İdman.biz