"Çelsi" futbol klubu unikal nəticəyə imza atıb.
İdman.biz xəbər verir ki, London klubu UEFA bayrağı altında keçirilən bütün yarışların qalibi olub.
"Zadəganlar" Konfrans Liqasında "Betis"i 4:1 hesabı ilə məğlub edərək, avrokuboklardakı hər 5 turnirdə titula sahib olublar. "Çelsi" Çempionlar Liqası, Avropa Liqası, UEFA Superkuboku və tarixin yaddaşına köçən Kuboklar kubokunda mükafatı başı üzərinə qaldırıb.
İdman.biz