Polşanın Vrotslav şəhərində UEFA Konfrans Liqasının qalibi bəlli olub.
İdman.biz xəbər verir ki, həlledici oyunda "Betis" və "Çelsi" komandaları üz-üzə gəliblər.
"Betis" İspaniya çempionatını 6-cı pillədə başa vurub və gələn mövsüm Avropa Liqasına vəsiqə qazanıb.
İngiltərə Premyer Liqasında 4-cü olan "Çelsi" isə növbəti Çempionlar Liqasında oynamaq hüququ əldə edib.
Əgər "Çelsi" dəfələrlə avrokubokların qalibi olub, hətta iki dəfə Çempionlar Liqasını qazanıbsa, "Betis" tarixində ilk dəfə qitə yarışında finala çıxıb.
Rəqiblərin şəxsi görüşlərinə gəlincə, 2005-ci ildə Çempionlar Liqasında keçirilən oyunlardan birində "Çelsi" 4:0, digərində isə "Betis" 1:0 hesabı ilə qalib gəlib.
"Betis" Azərbaycanda həmçinin məşhur futbolçumuz Vəli Qasımovun vaxtilə çıxış etdiyi klub kimi də tanınır.
Oyunda hesab erkən açılıq. "Betis" 9-cu dəqiqədə fərqlənib. Fasiləyə kimi "Çelsi"nin səyləri bəhrə verməsə də, fasilədən sonra hər şey dəyişib. "Zadəganlar" 4 dəfə fərqləniblər. Nəticədə "Çelsi" mövsümü titulla başa vurub.
Qeyd edək ki, "Betis" - "Çelsi" finalı bu gün Bakı vaxtilə saat 23.00-da başlayacaq.
UEFA Konfrans Liqası
Final
28 may
23:00. "Betis" - "Çelsi" - 1:4
Qollar: Ezzalzuli, 9 - Fernandes, 66. Cekson, 70. Sanço, 83. Kaysedo, 90+1
Vrotslav, "Wroclaw Stadium"
İdman.biz