"Barselona"dan açıqlama: Yamalla 2031-ci ilədək müqavilə imzalanıb

Xəbərlər
27 May 2025 23:00
49
"Barselona"dan açıqlama: Yamalla 2031-ci ilədək müqavilə imzalanıb

Lamin Yamal bu gün "Barselona" ilə yeni müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, bu barədə Kataloniya klubu rəsmi sosial şəbəkə hesabında paylaşım edib.

"Barsa" ilə gənc ulduz arasında yeni razılaşma 2031-ci ilə kimi nəzərdə tutulub. Yamalla 2026-cı ilin yayında bitəcək müqavilənin daha 5 il uzadılmasında qərar verilib.

17 yaşlı Yamal "Barselona"nın heyətində 100-dən artıq oyun keçirib. O, 2024/2025 mövsümünün yekunlarına görə İspaniya La Liqası, ölkə kuboku və superkuboku titullarını qazanıb.

Qeyd edək ki, Lamin başa çatmış mövsümdə 55 oyunda 18 qol vurub.

İdman.biz