Karlo Ançelotti Braziliya yığmasında ilk heyətini açıqlayıb

Xəbərlər
27 May 2025 02:32
175
Karlo Ançelotti Braziliya yığmasında ilk heyətini açıqlayıb

Braziliya yığmasının yeni baş məşqçisi Karlo Ançelotti ilk heyətini açıqlayıb.

İdman.biz xəbər ki, italiyalı mütəxəssis hücum xəttində legioner həyatı yaşayan futbolçulara üstünlük verib.

Ançelotti 25 futbolçuya dəvət göndərib. Antoni və Kazemiro 2023-cü ildən sonra ilk dəfə milliyə çağırılıblar.

Braziliyalı yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ekvador (6 iyun) və Paraqvay (10 iyun) komandaları ilə qarşılaşacaqlar.

Qapıçılar: Alisson (“Liverpul”, İngiltərə), Bento Krepski (“Əl-Nasr”, Səudiyyə Ərəbistanı), Huqo Sousa (“Korintians”);

Müdafiəçilər: Aleks Sandro ("Flamenqo"), Aleksandro ("Lill", Fransa), Lukas Beraldo (PSJ, Fransa), Karlos Auqusto ("İnter", İtaliya), Danilo ("Flamenqo"), Leo Ortiz ("Flamenqo"), Markinyos (PSJ, Fransa), Uonderson (Monako, Fransa), Uesli (Flamenqo).

Yarımmüdafiəçilər: Andreas Pereyra ("Fulhem", İngiltərə), Andrey Santos ("Strasburq", Fransa), Bruno Gimaraes ("Nyukasl", İngiltərə), Kazemiro ("Mançester Yunayted", İngiltərə), Ederson ("Atalanta", İtaliya), Gerson ("Flamenqo").

Hücumçular: Antoni ("Betis", İspaniya), Estevan ("Palmeyras"), Martinelli ("Arsenal, İngiltərə), Mateus Kunya (Vulverhempton, İngiltərə), Rafinya ("Barselona", ​​İspaniya), Riçarlison ("Tottenhem", İngiltərə), Vinisius Junoir ("Real", İspaniya).

İdman.biz