İqle Tare "Milan"da - RƏSMİ

Xəbərlər
26 May 2025 22:08
149
İqle Tare "Milan"da - RƏSMİ

İqle Tare "Milan"ın yeni idman direktoru vəzifəsinə təyinatı rəsmiləşib.

İdman.biz xəbər verir ki, bu barədə "rossoneyerilər"in rəsmi saytından açıqlama yayılıb.

51 yaşlı mütəxəssis Milan klubu ilə əməkdaşlıqdan məmnunluğunu bildirib. O, etimada görə rəhbərliyə təşəkkür edib və komandanın yenidən Avropa liderləri arasına yüksəkməsi üçün bütün təcrübəsindən istifadə edəcəyini vurğulayıb.

Müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Albaniya yığmasının keçmiş hücumçusu 2008-2013-cü illərdə "Latsio"da idman direktoru vəzifəsini tutub.

İdman.biz