“Roma”nın qapıçısı Svilar sınıq səbəbindən “Komo” ilə oyuna çıxmayacaq

11 Oktyabr 2026 12:57
117
“Roma”nın qapıçısı Svilar sınıq səbəbindən “Komo” ilə oyuna çıxmayacaq

İtaliyanın “Roma” futbol komandasının qapıçısı Mile Svilar zədə səbəbindən ən azı bir ay meydana çıxmayacaq.

İdman.Biz xəbər verir ki, bunu komandanın baş məşqçisi Can Pyero Qasperini “Komo” ilə oyundan əvvəl mətbuat konfransında bildirib. Onun sözlərinə görə, qapıçı məşqdə ayağının beşinci barmağından stress sınığı alıb.

Qasperini sınığın yerdəyişməsiz olduğunu, lakin sağalma üçün ən azı bir ay vaxt lazım gəldiyini deyib. Barmağa vint qoyulub-qoyulmayacağı barədə hələ qərar verilməyib. Sviların noyabrdakı fasilədən sonra meydanlara qayıdacağı gözlənilir.

Baş məşqçi qapıda onu Pyerluici Qollininin əvəzləyəcəyini açıqlayıb. Ehtiyat qapıçı kimi kolumbiyalı Devis Vaskes Seriya A üçün sifariş siyahısına qaytarılıb.

Svilar isə sosial şəbəkədə zədənin vaxtsız olduğunu yazıb və daha güclü qayıtmaqda qərarlı olduğunu bildirib.

“Roma” bu gün Seriya A-nın altıncı turunda səfərdə “Komo” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 14:30-da başlayacaq. Kristante və Kulyerakis də bu matçı buraxacaqlar. Paytaxt klubu çərşənbə günü isə Çempionlar Liqasında İspaniyanın “Real Madrid” komandası ilə görüşəcək.

İdman.Biz
Məqalədə: