Harri Keyn Bundesliqanın ən yaxşısı seçilib

Xəbərlər
21 May 2025 21:08
54
Harri Keyn Bundesliqanın ən yaxşısı seçilib

"Bavariya"nın hücumçusu Harri Keyn Almaniya Bundesliqasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusu seçilib.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli forvard əldə olunan nailiyyəti xüsusi adlandırıb: "Bundesliqada mövsümün oyunçusu seçilmək çox gözəl hissdir. Bununla fəxr edirəm, çünki bu liqada böyük rəqabət var. Mükafatı çempion titulunu qazandığımız ildə almaq onu daha da xüsusi edir. Bu mənim üçün çox şey deməkdir. Kluba, komanda yoldaşlarıma və komandanın heyətinə xüsusi təşəkkürümü bildirmək istəyirəm".

Qeyd edək ki, Harri karyerasında ilk titulunu qazanıb. "Bavariya"nın heyətində Almaniya çempionu olan Keyn 31 oyunda 26 qol vurub.

İdman.biz