“Fənərbağça”da ciddi itkilər: Asensio üç ay, Ake üç həftə oynamayacaq

21 Oktyabr 2026 19:08
95
“Fənərbağça”da ciddi itkilər: Asensio üç ay, Ake üç həftə oynamayacaq

“Fənərbağça”nın iki əsas futbolçusu - Marko Asensio və Natan Akenin zədəsi səbəbindən uzun müddət onların xidmətindən yararlana bilməyəcək.

İdman.Biz xəbər verir ki, İstanbul təmsilçisi hər iki futbolçunun səhhəti ilə bağlı rəsmi açıqlama yayıb.

Sol diz oynağında qığırdaq zədəsi aşkarlanan Asensio İspaniyada klub həkiminin nəzarəti altında artroskopik əməliyyat keçirib. Cərrahi müdaxilə uğurlu olub. İspaniyalı yarımmüdafiəçinin müalicə və reabilitasiya prosesinin təxminən üç ay davam edəcəyi gözlənilir.

Natan Ake isə UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda Praqa “Slaviya”sı ilə keçirilən qarşılaşmada (2:2) zədələnib.

Niderlandlı müdafiəçinin Ataşehir Medicana Xəstəxanasında MRT müayinəsindən keçirildiyi bildirilib. Müayinə nəticəsində onun sağ ayağının arxa əzələsində orta dərəcəli dartılma və ödem müəyyənləşdirilib.

Akenin də müalicə və bərpa müddəti açıqlanıb. Futbolçunun təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacağı proqnozlaşdırılır.

Beləliklə, hər iki oyunçu oktyabrın 26-da “Qalatasaray”la keçiriləcək derbi görüşünü buraxacaq.

İdman.Biz