“Real Madrid”in belçikalı qapıçısı Tibo Kurtua “Qızıl top” mükafatı uğrunda mübarizədə komanda yoldaşı Kilian Mbappe və “Barselona”nın hücumçusu Lamin Yamalın şanslarını müqayisə edib.
İdman.Biz Marca-ya istinadən xəbər verir ki, Kurtua fərdi göstəricilər baxımından Mbappeni ilin ən yaxşı futbolçusu hesab edir.
“Kilian Mbappe “Qızıl top”a layiqdir. Yalnız fərdi göstəricilərə və nailiyyətlərə baxsaq, bu il heç kim ondan yaxşı olmayıb. Amma böyük təəssüf ki, komanda titulları qazana bilmədik”, - deyə belçikalı qolkiper bildirib.
Kurtua Lamin Yamalın üstünlüyünün isə dünya çempionatındakı qələbə olduğunu vurğulayıb:
“Lamin Yamal son dünya çempionatında Mbappedən bir qədər zəif çıxış edib. Lakin onun üstünlüyü milli komandası ilə dünya çempionu olmasıdır”.
Qeyd edək ki, “Qızıl top” mükafatının 70-ci təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
