"Sabah"ın legioneri Qazaxıstan yığmasında

Xəbərlər
21 May 2025 00:23
125
"Sabah"ın legioneri Qazaxıstan yığmasında

Misli Premyer Liqasında çıxış edən Stas Pokatilov Qazaxıstan yığmasına dəvət olunub.

İdman.biz xəbər verir ki, "Sabah"ın legioner qapıçısı 36 nəfərlik heyətdə yer alıb.

Qazaxıstan millisi iyunun 5-də Belarusla yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Qazaxlar 4 gün sonra DÇ-2026-nın seçmə mərhələsində Şimali Makedoniya ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, Potakilov sonuncu dəfə Qazaxıstan yığmasının qapısını ötən ilin noyabrında qoruyub. O, həmin görüşdə qapısından 5 top buraxıb (0:5).

İdman.biz