PSJ azarkeşləri üçün final matçı

Xəbərlər
20 May 2025 22:54
31
PSJ azarkeşləri üçün final matçı

Çempionlar Liqasının PSJ - "İnter" final matçı Parisdəki "Park de Prens" stadionunda canlı yayımlanacaq.

İdman.biz xəbər verir ki, bu barədə Fransa çempionunun mətbuat xidmaəti açıqlama yayıb.

PSJ Almaniyada keçiriləcək həlledici oyuna yollana bilməyən azarkeşlər üçün belə bir addım atıb. Komandanın fanatları arenada quraşdırılacaq nəhəng ekranlarda final matçını izləyə biləcəklər. Klub onları qidalanma və digər vasitələrlə təmin edəcək.

Qeyd edək ki, turnirin qalibi mayın 31-də Münhendəki "Alyans Arena"da bəlli olacaq.

İdman.biz