"İnter" və PSJ-nin 4 futbolçusu həftənin komandasında

Xəbərlər
8 May 2025 20:16
47
"İnter" və PSJ-nin 4 futbolçusu həftənin komandasında

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab matçlarının rəmzi komandası açıqlanıb.

İdman.biz xəbər verir ki, heyətdə finala çıxan komandaların hər birindən 4 futbolçu yer alıb.

Yarımfinalda rəqiblərini mübarizədən "İnter" və PSJ fərqləniblər. İtalayda gərgin mübarizədə uduzan "Barselona"nın isə 3 oyunçusu heyətə düşüb.

"Report"un məlumatına görə, heyətdə "İnter"in (İtaliya) və PSJ-nin (Fransa) 4, "Barselona"nın (İspaniya) 3 futbolçusu yer alıb.

Qapıçı: Yann Zommer ("İnter")

Müdafiəçilər: Əşrəf Hakimi (PSJ), Markinios (PSJ), Françesko Açerbi ("İnter"), Jerar Marin ("Barselona")

Yarımmüdafiəçilər: Nikolo Barella ("İnter"), Frenki de Yonq ("Barselona"), Fabian Ruis (PSJ)

Hücumçular: Lamin Yamal ("Barselona"), Xviça Kvaratsxeliya (PSJ), Lautaro Martines ("İnter").

İdman.biz