Rodriqo İngiltərənin 3 klubunun maraq dairəsində

Xəbərlər
3 May 2025 00:10
423
Rodriqo İngiltərənin 3 klubunun maraq dairəsində

"Real"ın braziliyalı futbolçusu Rodriqo karyerasını İngiltərədə davam etdirə bilər.

İdman.biz xəbər verir ki, onunla 3 ingilis klubu maraqlanır.

24 yaşlı cinah hücumçusu "Liverpul", "Mançester Yunayted" və "Mançester Siti"nin hədəfinə düşüb. Əsasən sonradan meydana çıxan Rodriqonun yeni təkliflərə açıq olduğu bildirilib. Onun transfer qiyməti 100 milyon avro dəyərləndirilir.

Qeyd edək ki, Braziliya yığmasının futbolçusunun Madrid klubu ilə 2028-ci ilin yayına kimi müqaviləsi var. O, bu mövsümdə 50 oyunda 13 qol vurub, 10 məhsuldar ilə yadda qalıb.

İdman.biz