Madrid “Real”ı PSJ-nin hücumçusu Kilian Mbappenin hətta azad agent kimi transferindən imtina edib.
İdman.biz xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Bildirilib ki, bunun üç səbəbi var - futbolçunun maaşı, yaşı və 17 yaşlı Endrikin "Palmeyras"dan alınması.
Mənbə “Real” özü bu məlumatı yaxın media vasitəsi yayımladığını da iddia edib. Məqsəd 24 yaşlı fransız futbolçunun transferi baş tutacağı təqdirdə reputasiya risklərini minimuma endirməkdir. Eyni zamanda, Madrid komandası razılaşma üzərində işləyir və bununla da Mbappenin özünü hərəkətə keçməyə təhrik edir.
Qeyd edək ki, fransalı futbolçu 2018-ci ildən PSJ-də oynayır. Onun Paris təmsilçisi ilə müqaviləsi 2024-cü ilə qədərdir. “Transfermarkt” portalı fransalı hücumçunun dəyərini 180 milyon avro qiymətləndirir.
İdman.biz