“Barselona” futbol klubunun idman direktoru Deku Xulian Alvaresin transferi ilə bağlı açıqlama verib.
İdman.Biz xəbər verir ki, Deku Kataloniya klubunun argentinalı hücumçunun transferi üçün “Atletiko Madrid”ə üç mövsüm ərzində 100 milyon avro ödəməyi təklif etdiyini deyib.
“Biz üç mövsüm ərzində 100 milyon avro ödəməyi təklif etdik. Elə klublar var ki, ödənişi beş hissəyə bölürlər” - deyə Deku bildirib.
Buna baxmayaraq, “Atletiko Madrid” Alvareslə gizli danışıqlar apardığı üçün “Barselona”ya qarşı ciddi narazılıq içində olub.
Madrid klubu “Barselona”nın diqqətini Alvaresin 499 milyon avroluq sərbəstqalma məbləğinə yönəldib. Kataloniya təmsilçisinin isə bu məbləği ödəmək imkanında olmadığı bildirilib.
Deku “Barselona”nın sabiq idman direktoru Mateu Alemani ilə bağlı da danışıb:
“Mateu Alemani ilə heç bir problemim yoxdur. Mən ona qarşı heç bir pislik etməmişəm”.
Məlumata görə, “Barselona” yanvar ayında Alvareslə bağlı yenidən cəhd göstərəcək.
