“Qarabağ”la oyunda dubl edən futbolçu: “Bayer”in uğrunun əsas sirri…”

Xəbərlər
6 Noyabr 2023 11:34
277
“Qarabağ”la oyunda dubl edən futbolçu: “Bayer”in uğrunun əsas sirri…”

“Klubumu dəyişmək və “Benfika”dan ayrılmaq qərarına gəldim. Variant çox olduğundan qərar vermək asan olmadı”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın Avropa Liqasında rəqibi olan “Bayer”in ispaniyalı futbolçusu Alexandro Qrimaldo deyib.

Cinah müdafiəçisi Almaniya klubuna transferindən bəhs edib. O, transferində komandanın baş məşqçisi Xabi Alonsonun rolunun böyük olduğunu bildirib:
“Klubu dəyişərkən məşqçinin və sənə təklifin inamı önəmlidir. Leverkuzen təmsilçisini seçməyimin əsas səbəbi kluba və layihəyə bağlılıq idi. Çünki onlar mənə vacib oyunçuları gətirəcəklərini dedilər və etdilər. Digər arqument isə Xabidir. Mən onu oyununa baxaraq tanıyırdım və haqqında çox yaxşı danışırdılar. Xabi ilə işləmək uğra imza atmaq üçün bir fürsət idi. Məhz buna görə qərar verdim”.
Alexandro bildirib ki, “Bayer”in uğrunun əsas sirri Xabi Alonsodur: “Onun bütün fikirlərini çatdırmaq qabiliyyəti var və ən çətini də budur. Rəqibi, oyunu necə oxumağı, necə izah etməyi bilir. Təkcə, nəticələrə görə deyil, həm də oyunun başa düşülməsi və çatdırılma üsuluna görə çox seçilir”.

Qeyd edək ki, mövsümə yaxşı başlayan Qrimaldo Bundesliqada 10 oyuna 5 qol və 3 asistlə yadda qalıb.
O, “Bayer” - “Qarabağ” (5:1) matçında dubl edib. Leverkuzen təmsilçisi ilə Bakıdakı matç noyabrın 9-u, saat 21:45-də start götürəcək.

İdman.biz