"Fənərbaxça"nın futbolçusu Sebastyan Şimanski İtaliya klublarının diqqət mərkəzinə düşüb.
İdman.biz xəbər verir ki, polşalı yarımmüdafiəçi ilə "Milan" və "Napoli" maraqlanır.
Şimanskinin orta xəttin bir neçə mövqeyində çıxış edə bilməsi onun transferində əsas rolu oynayacaq. "Fənərbaxça" bu keçiddən ən azı 25 milyon avro qazanmaq arzusundadır. Onun klublda 2027-ci ilin yayına kimi müqaviləsi var.
Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsümdə 42 matçda 5 qol və 9 ötürmə ilə yadda qalıb.
İdman.biz