255-ci “El Klassiko”: Bellingem "Real"a qələbə qazandırıb

Xəbərlər
28 Oktyabr 2023 20:11
104
255-ci “El Klassiko”: Bellingem "Real"a qələbə qazandırıb

İspaniya La Liqasının XI turu çərçivəsində mövsümün ilk “El Klassiko”su keçirilib.

İdman.biz xəbər verir ki, “Barselona” doğma meydanda əzəli rəqibi “Real”ı sınağa çəkib.

Oyunda ev sahibləri erkən qola seviniblər. İlkay Gündoğan 6-cı dəqiqədə hesabı açıb. Amma Bellingemin dublu "Real"a əzmkar qələbə qazandırıb. O, 68-ci və 90+2-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, 255-ci "El-Klassiko"dakı qələbə sayəsində Madrid klubu lider mövqeyini geri qaytarıb. Komandanın hesabında 28 xal var. İkinci pillədə qərarlaşan "Jirona" da eyni xala malikdir. "Barselona" 24 xalla üçüncü pillədə yer alıb.

İspaniya La Liqası
XI tur
“Barselona” – “Real Madrid” – 1:2
Qollar: İlkay Gündoğan 6 - Bellingem, 68; 90+2
“Luis Kompanys Olimpiya Stadionu”

İdman.biz