UEFA Çempionlar Liqasının ümumi mərhələsinin ilk turunda doğma meydanda “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra İsmail Kartal “Fənərbağça”-nın baş məşqçisi postunu tərk etdiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, İsmail Kartal matçdan sonra keçirilən mətbuat konfransında qərarının səbəbini açıqlayıb.
“Bu axşam futbolçularıma təşəkkür edirəm və vəzifəmdən istefa verirəm. Klubumun önünü açmaq üçün belə bir qərar qəbul etdim. Yol yaxınkən vəzifəmdən istefa verirəm. Bir daha əsla geri dönməmək şərti ilə istefa verirəm”, – deyə o bildirib.
Kartal qarşılaşma ilə bağlı da fikirlərini bölüşüb:
““Roma” çox yaxşı komandadır. Çox yaxşı komandaya qarşı əla hazırlaşmışdıq. Təbii ki, güclü tərəfləri var, amma biz onların zəif cəhətlərini də bilirdik və buna uyğun çalışmışdıq. Çempionlar Liqası matçları strategiya oyunlarıdır. Futbolçularım da bu strategiyamızı əvvəldən sonadək, hər şeyi hərfi-hərfinə yerinə yetirdilər.
Yaxşı futbol oynadıq. Çempionlar Liqasına layiq mübarizə ortaya qoyduq. Qələbəni əldən verən tərəf olduq. İlk matçda 1 xal qazandıq. Dediklərimi yerinə yetirdikləri üçün futbolçularımı təbrik edir, təşəkkür edirəm”.
Qeyd edək ki, İsmail Kartal bu ilin iyunun 18-də “Fənərbağça”nın baş məşqçisi təyin olunmuşdu. O buna qədər 2014/15, 2021/22 və 2023/24 mövsümlərində İstanbul klubuna rəhbərlik edib.
