Arda Turan: “Futbolçulara dedim ki, PSV-nin oynadığı kimi oynasaq, ...”

11 Sentyabr 2026 01:19
74
Arda Turan: “Futbolçulara dedim ki, PSV-nin oynadığı kimi oynasaq, ...”

“Şaxtyor”un baş məşqçisi Arda Turan UEFA Çempionlar Liqasının ümumi mərhələsinin ilk turunda PSV ilə keçirilən matç barədə danışıb.

İdman.Biz UEFA-nın saytına xəbər verir ki, Arda Turan nəticədən razı qaldığını deyib.

“Əgər oyundan əvvəl məndən soruşsaydınız, bir xalla da razı olardım. Amma biz bayram etmirik. Sadəcə, bu turnirdə xəyalımızı həyata keçirmək yolunda bunun yaxşı başlanğıc olduğuna sevinirik.

Futbolçularıma dedim ki, əgər PSV-nin oynadığı kimi oynasaq, qalib gəlməyəcəyik. Biz öz oyunumuzu oynamalı idik. Onlara hücuma keçərkən eyni xətt üzrə düzülməməyi tövsiyə etdim. Məhz buna görə diaqonal mövqelər tuturduq. Həmçinin PSV-nin pressinqinə qarşı oynayarkən bədəni düzgün mövqedə saxlamaq da vacibdir.

Mən futbolçularımdan qürur duyuram və şəxsən taktiki cəhətdən çox şey öyrəndim. Bu stadionda PSV-yə qarşı bütün 90 dəqiqə ərzində yaxşı oynamaq qeyri-mümkündür. Ancaq bu gün futbolçularım dözümlü və ləyaqətli şəkildə müqavimət göstərdilər”, – deyə Arda Turan bildirib.

Endhovendə baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

İdman.Biz