İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Benyamin Şeşko "Sabah"ın qapıçısı Stas Pokatilovun irəli çıxmasından istifadə edərək qol vurub.
İdman.Biz "Report"a istinadən xəbər verir ki, bunu Sloveniyalı futbolçu özü UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Sabah"a qarşı oyundan sonra deyib.
O, qalib gəldikləri qarşılaşma barədə danışıb:
"Düşünürəm ki, bu nəticə hər kəs üçün, xüsusilə də azarkeşlərimizə mükəmməl oldu. Onlar çox qol vurulanda sevinirlər. Ümumilikdə, bu, bizim üçün də çox yaxşı oldu və qarşıdakı oyunlar öncəsi bizə əlavə motivasiya verdi. Vurduğum qol zamanı "Sabah"ın qapıçısının irəli çıxdığını gördüm və topu qapıya göndərmək üçün əlverişli fürsət yarandı. Beləliklə, qol vurmaq bir qədər asanlaşdı. Əlbəttə, buna görə çox xoşbəxtəm".
Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" matçı "qırmızı şeytanlar"ın 4:0 hesablı qələbəsi ilə bitib.
