Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
"Aston Villa"dan "Bayer"ə - İdman və Biz

"Aston Villa"dan "Bayer"ə

Xəbərlər
29 Yanvar 2025 22:24
178
"Aston Villa"dan "Bayer"ə

"Aston Villa"nın yarımmüdafiəçisi Emiliano Buendiya karyerasını Almaniyada davam etdirəcək.

İdman.biz xəbər verir ki, o, icarə əsasında "Bayer"in formasını geyinəcək.

28 yaşlı argentinalı futbolçu 2021-ci ilin yayından "Aston Villa"nın şərəfini qoruyur.

Qeyd edək ki, hazırki mövsümdə Buendiya 20 oyunda 3 dəfə fərqlənib.

İdman.biz