Laporta növbəti seçkidə iştirak edəcək

Xəbərlər
22 Oktyabr 2023 13:47
115
Laporta növbəti seçkidə iştirak edəcək

“Barselona”nın prezidenti Joan Laporta uzun müddət bu vəzifədə qalmaq niyyətindədir.

İdman.biz saytı xəbər verir ki, o, 2026-cı ildə keçiriləcək növbəti seçkilərdə iştirak edəcəyini açıqlayıb:

“Qanunla namizədliyimi irəli sürə bilərəm. Mən bu addımı böyük layihələr həyata keçirən hazırki Direktorlar Şurası ilə birlikdə atmaq niyyətindəyəm”, deyə Laporta İspaniya mətbuatına açıqlamasında bildirib.

Qeyd edək ki, Laporta 2021-ci ildə “Barselona”nın preidenti seçilib. O, 2003-2015-ci illərdə də kluba rəhbərlik edib.

İdman.biz