"Real"ın xorvatiyalı oyunçusu Luka Modriç Çempionlar Liqasının tarixinə düşəcək.
İdman.biz xəbər verir ki, o, start heyətində ən çox meydana çıxan yarımmüdafiəçi olacaq.
39 yaşlı futbolçu qitənin ən nüfuzlu turnirində 99-cu dəfə ilk dəqiqələrdən oynamaq şansı qazanacaq. O, 4-cü tur çərçivəsində keçiriləcək "Milan"la oyun start heyətində yer alıb.
Qeyd edək ki, Modriç bu göstəricidə keçmiş komanda yoldaşı Toni Kroosu (98 oyun) arxada qoyub.
İdman.biz