Jota “Tottenhem”in maraq dairəsində

Xəbərlər
9 Oktyabr 2023 21:56
112
Jota “Tottenhem”in maraq dairəsində

“Tottenhem” “Əl-İttihad”ın futbolçusu Jota ilə yaxından maraqlanır.

İdman.biz saytı xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi legioner limiti üzündən komandanın iştirak ərizəsinə daxil edilmir.

24 yaşlı futbolçu London klubunun baş məşqçisi Ange Postekoğluna yaxşı tanışdır. Onlar “Seltik”də birlikdə fəaliyyət göstəriblər. Jotanın oyunu “Əl-İttihad”ın rəhbərliyini qane etmədiyindən portuqaliyalı əsas heyətdən uzaqlaşdırılıb. Onun karyerasını Avropada davam etdirməsi gözlənilir.

İdman.biz