“Sabah” Çempionlar Liqasında ilk turdan sonra 34-cü pillədədir

11 Sentyabr 2026 06:19
78
“Sabah” Çempionlar Liqasında ilk turdan sonra 34-cü pillədədir

Çempionlar Liqasının 2026/27 mövsümünün ümumi mərhələsində ilk turun oyunları başa çatıb.

İdman.Biz xəbər verir ki, ilk turda 16 komanda qələbə qazanıb. PSJ vurduğu qolların sayına görə turnir cədvəlinə başçılıq edir. Luis Enrikenin komandası “Slovan”ı 6:1 hesabı ilə məğlub edib.

PSJ-dən sonra “Bavariya”, “Barselona”, “Mançester Yunayted”, “Komo”, “Sportinq”, “Ştutqart” və “Mançester Siti” qərarlaşıb.

İlk turda “Aston Villa”, “Lans”, “Betis”, “Borussiya” (Dortmund), “Real”, “Liverpul”, “Arsenal” və AEK də qələbə qazanıb.

“Sabah” isə səfərdə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzub. Azərbaycan təmsilçisi ilk turdan sonra turnir cədvəlində 34-cü pillədə qərarlaşıb.

II turun oyunları oktyabrın 13-də və 14-də keçiriləcək.

Xatırladaq ki, 1/8 final mərhələsinə birbaşa ilk 8 komanda yüksələcək. 9-24-cü yerləri tutan komandalar isə pley-off mərhələsində mübarizə aparacaqlar.

İdman.Biz