“İsmail Kartalın davam edəcəyini deməsinə ehtiyac yoxdur. Mən onun böyüyüyəm. Davam edəcəksən dedim, bitdi. Biz bir ailəyik. Bizdən dolayı bir şey yoxdur. ”.
İdman.Biz xəbər verir ki, bu sözləri “Fənərbağça” klubunun prezidenti Aziz Yıldırım komandanın baş məşqçisi İsmail Kartalın istefasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, mütəxəssis işinə davam edəcək.
“İstefa qərarından heç birimizin xəbəri yox idi. “Fənərbağça” camiəsinin dəyərlərinə heç kim sahib çıxmır. Çempionlar Liqasına vəsiqə qazananda belə bəziləri komandanın zəif olduğunu söyləyirdi. Hamı prezident və baş məşqçinin yerinə qərar verir. Hamı sakit olacaq. İsmail Kartal işinin başındadır. Hesab 1:1-dir və başına şüşə atılır. Oradan qışqırırlar. Məyus olmasının səbəbi budur”.
Qeyd edək ki, Çempionlar Liqasının ümumi mərhələsinin ilk turunda doğma meydanda “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra İsmail Kartal “Fənərbağça”-nın baş məşqçisi postunu tərk etdiyini açıqlayıb.
