Portuqaliya prokurorluğu "Benfika"nın cəzalandırılmasını istəyir

Xəbərlər
15 Oktyabr 2024 21:52
595
Portuqaliya prokurorluğu "Benfika"nın cəzalandırılmasını istəyir

Portuqaliya prokurorluğu "Benfika"nın bütün yarışlardan kənarlaşdırılmasını tələb edib.

İdman.biz xəbər verir ki, bu barədə ölkənin nüfuzlu "Record" nəşri məlumat yayıb.

Lissabon klubu maliyyə maxinasiyalarında günahlandırılıb. 2016-2019-cu illərdə klub rəhbərliyinin korrupsiya, saxta sənədlər və vergi fırıldağına yol verdiyi bildirilib.

Qeyd edək ki, "Benfika"nın 6 aydan 3 ilə kimi diskvalifikasiya olunması istənilib.

İdman.biz