Müllerin yubiley matçı

Xəbərlər
6 Aprel 2024 20:21
150
Müllerin yubiley matçı

Tomas Müller “Bavariya”nın heyətində 700-cü oyununu keçirib.

İdman.biz xəbər verir ki, almaniyalı futbolçu Bundesliqanın 28-ci turunda bu uğura nail olub.

“Haydenhaym”lə keçirilən və “Bavariya”nın 2:3 hesablı məğlubiyyəti ilə başa çatan oyunda Müller rekorda imza atıb. O, Münhen klubunun heyətində 700 həddinə çatan ilk meydan futbolçusu kimi tarixə düşüb. Tomas yalnız “Bavariya”nın heyətində 709 dəfə meydana çıxan qapıçı Zepp Mayerdən geri qalır.

Qeyd edək ki, Müller 2000-ci ildən Münhen komandasının düşərgəsinə cəlb olunub. O, 2009-cu ilin iyunundan klubun əsas heyətində çıxış edir.

İdman.biz