Zidan Portuqaliya millisindəki qalmaqal fonunda Ronaldunu dəstəklədi

4 Oktyabr 2026 18:16
93
Zidan Portuqaliya millisindəki qalmaqal fonunda Ronaldunu dəstəklədi

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan Kriştianu Ronaldunun Portuqaliya millisindəki vəziyyəti fonunda keçmiş futbolçusuna dəstək ifadə edib.

İdman.Biz xəbər verir ki, Zidan mətbuat konfransında “Real”da Ronaldu ilə birgə çalışdığı illəri xatırladıb və onun karyerasına yüksək qiymət verib.

“Onun böyük karyerasına layiq olduğu qiyməti vermək lazımdır. Onunla işləmək mənə qismət olub - çoxlu titullar qazanmağımda mənə kömək edib. Kriştianunun qarşısında papağımı çıxarıram.

Birlikdə vaxt keçirdiyim insanlara həmişə böyük hörmətlə yanaşıram”, - Zidan deyib.

Qeyd edək ki, Zidanın rəhbərliyi altında Kriştianu Ronaldu “Real”ın heyətində doqquz titul qazanıb. Bunların arasında ardıcıl üç Çempionlar Liqası kuboku da var.

İdman.Biz