“Barsa”nın gürcü arzusu

Xəbərlər
5 Aprel 2024 19:18
115
“Barsa”nın gürcü arzusu

Gürcü ulduz Xviça Kvaratsxeliya “Barselona”nın hədəfinə düşüb.

İdman.biz xəbər verir ki, Kataloniya klubu 23 yaşlı yarımmüdafiəçinin nümayəndələri ilə ilkin təması qurublar.

İtaliya mətbuatına inansaq, “Napoli”nin rəhbərliyi Gürcüstan yığmasının üzvü ilə yollarını ayırmaq fikrində deyil. Forvard Viktor Osimhenin yayda komandadan mümkün gedişini nəzərə alsaq, neapollular Xviçanı da itirmək istəyində deyillər. Yığmanın heyətində AVRO-2024-də oynacaq futbolçunun turnirdən sonra transfer dəyərinin artması gözlənilir.

Qeyd edək ki, Kvaratsxeliyanın “Napoli” ilə 2027-ci ilin yayına kimi müqaviləsi var. O, bu mövsümdə 10 qol və 6 ötürmə ilə yadda qalıb.

İdman.biz