Saka yığmadan kənarda

Xəbərlər
21 Mart 2024 23:09
165
Saka yığmadan kənarda

Bukayo Saka İngiltərə yığmasının düşərgəsini tərk edib.

İdman.biz xəbər verir ki, o, Braziliya və Belçika ilə yoldaşlıq oyunlarında iştirak etməyəcək.

“Arsenal”ın futbolçusu milliyə zədəli qoşulub. İlk məşqdən sonra həkimlər Sakanın komandaya kömək edə bilməyəcəyinə rəy veriblər. Nəticədə Bukayo London klubuna dönüb.

Qeyd edək ki, İngiltərə millisi martın 23-də Braziliya, 3 gün sonra Belçika komandası ilə qarşılaşacaq.

İdman.biz