Şahruddindən böyükhesablı qələbə

Xəbərlər
16 Mart 2024 23:28
451
Şahruddindən böyükhesablı qələbə

Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasında növbəti oyununa çıxıb.

İdman.biz xəbər verir ki, “Adana Dəmirspor” öz meydanında “Sivasspor”a qalib gəlib.

Şahruddinin komandası 30-cu turda güclü rəqibini 4:1 hesabı ilə ilə məğlub edib. Start heyətində yer alan Məhəmmədəliyev Adana klubunun qələbəsində böyük rol oynayıb.

Qeyd edək ki, bu qələbədən sonra “Adana Dəmirspor” 39 xalla 8-ci pillədə qərarlaşıb.

İdman.biz