Alleqrinin əvəzinə Motta

Xəbərlər
4 Mart 2024 22:47
131
Alleqrinin əvəzinə Motta

“Yuventus” mövsümün sonunda Massimo Alleqri ilə yollarını ayırmağı planlayır.

İdman.biz xəbər verir ki, klub rəhbərliyi artıq onun yerinə namizəd tapıb.

Turin təmsilçisinin idman direktoru Kristiano Cuntoli seçimini edib. O, Alleqrini “Bolonya”nın baş məşqçisi Tyaqo Motta ilə əvəzləyəcək.

Qeyd edək ki, Alleqrinin “Yuventus”la müqaviləsi gələn ilin yayında başa çatacaq. Yüksək məvacib alması klub rəhbərliyini onunla əməkdaşlığa son qoymağa vadar edib.

İdman.biz

Məqalədə: