Mançester derbisində 3 qolla 3 xal

Xəbərlər
3 Mart 2024 21:39
Mançester derbisində 3 qolla 3 xal

Bu gün İngiltərə Premyer Liqasında 27-ci turun iki oyunu keçirilib.

İdman.biz xəbər verir ki, Mançester derbisi baş tutub.

“Mançester Siti”nin ev sahibliyi etdiyi qarşılaşmada hesabı qonaqlar açıblar. Amma fasilədən sonra “şəhərlilər” nəticəni öz xeyirlərinə dəyişiblər. Foden (2) və Holandın qolları “Mançester Yunayted”ə məğlubiyyət acısı yaşadıb. Pep Qvardiolanın yetirmələri lider “Liverpul”la 1 xallıq fərqi qoruyublar.

İngiltərə Premyer Liqası

27-ci tur
“Bernli” – “Bornmut” – 0:2
“Mançester Siti” – “Mançester Yunayted” – 3:1

İdman.biz