“Fənərbaxça” 1-ci pillədə

Xəbərlər
2 Mart 2024 22:47
204
“Fənərbaxça” 1-ci pillədə

Türkiyə Super Liqası 28-ci turunun üç oyunu keçirilib.

İdman.biz xəbər verir ki, “Fənərbaxça” səfərdə Renat Dadaşovun şərəfini qoruduğu “Hatayspor”u məğlub edib.

İsmail Kartalın yetirmələri 1-ci hissədə vurduqları 2 qol sayəsində qalib gəliblər. Bu qələbə “Fənər”i lider mövqeyinə yüksəldib. Komandanın hesabında 73 xal var.

Ehtiyatda bir oyunu olan və 72 xala sahib “Qalatasaray” sabah “Beşiktaş”la qarşılaşacaq.

Türkiyə Super Liqası
28-ci tur

“Ankaragücü” – “İstanbulspor” – 1:1
“Rizəspor” – “Kayserispor” – 3:0
“Hatayspor” – “Fənərbaxça” – 0:2

İdman.biz