Messi, Haland və Mbappe Qızıl Top-2023-ün favoritləri arasında ilk üçlükdədir

Xəbərlər
6 Sentyabr 2023 11:12
97
Messi, Haland və Mbappe Qızıl Top-2023-ün favoritləri arasında ilk üçlükdədir

Goal onlayn nəşri 2023-cü ildə "Qızıl top"u qazanacaq favoritlərin yenilənmiş reytinqini təqdim edib.

Qələbəyə əsas namizəd PSJ-nin keçmiş hücumçusu, "İnter Mayami"nin forvardı və hazırkı dünya çempionu Lionel Messi olaraq qalır. İkinci yerdə "Mançester Siti"nin və Norveçin futbolçusu Erlinq Haland qərarlaşıb. İlk üçlüyü Messinin keçmiş PSJ ortağı Kilian Mbappe tamamlayır.

İlk 10 reytinq aşağıdakı kimidir:

1. Lionel Messi (PSJ, yayda İnter Mayamiyə keçdi)

2. Erlinq Haland (Mançester Siti)

3. Kilian Mbappe (PSJ)

4. Vinisius Junior (Real Madrid)

5. Kevin De Bruyne (Mançester Siti)

6. Rodri (Mançester Siti)

7. İlkay Gündoğan (Mançester Siti, yayda Barselonaya keçdi)

8. Viktor Osimhen (Napoli)

9. Julian Alvarez (Mançester Siti)

10. Robert Levandovski (Barselona)

İdman.biz