Salah "Liverpul"a 3 oyun kömək etməyəcək - SƏBƏB

Xəbərlər
20 Fevral 2024 17:27
384
Salah "Liverpul"a 3 oyun kömək etməyəcək - SƏBƏB

"Liverpul"un hücumçusu Məhəmməd Salah mersisaydlıların qarşıdakı üç matçını buraxacaq.

İdman.biz xəbər verir ki, ulduz futbolçu ən azı martın 2-dək meydana çıxmayacaq.

Afrika Millətlər Kubokunda bud nahiyəsindən aldığı zədə səbəbindən misirli İngiltərə çempionatında “Luton” (21 fevral), Liqa kubokunun finalında “Çelsi” (25 fevral), ölkə kubokunun 1/8 final mərhələsində isə “Sauthempton”la (28 fevral) oyunları kənardan izləyəcək.

Qeyd edək ki, cari mövsümdə o, bütün turnirlərdə 28 matçda meydana çıxıb, 19 qol vurub, 10 məhsuldar ötürmə edib.

İdman.biz