10 qol vurub, yeni müqavilə imzalayıb

Xəbərlər
12 Fevral 2024 21:29
170
10 qol vurub, yeni müqavilə imzalayıb

“Aston Villa” yamaykalı yarımmüdafiəçi ilə müqavilə müddətini artırıb.

İdman.biz xəbər verir ki, Leon Beyli ilə yeni razılaşma 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulub.

Beyli 2021-ci ildən Birmingem klubunda çıxış edir. Onun komanda ilə müqaviləsi 2025-ci ilin yayında bitəcəkdi. Yamaykalı futbolçu əvvəllər “Genk” və “Bayer”in şərəfini qoruyub.

Qeyd edək ki, 2023/2024 mövsümündə Leon bütün turnirlərdə 33 oyunda meydana çıxıb. O, 10 qol və 10 ötürmə ilə yadda qalıb.

İdman.biz

Məqalədə: