Mbappe və Vinisius İspaniyada siyasi qalmaqalın hədəfinə çevrildilər

16 Sentyabr 2026 23:29
90
Mbappe və Vinisius İspaniyada siyasi qalmaqalın hədəfinə çevrildilər

Madridin “Real” klubunun futbolçuları Kilian Mbappe, Vinisius Junior və İbrahima Konate İspaniyada siyasi qalmaqalın gündəminə düşüblər.

İdman.Biz xəbər verir ki, hadisə “Elçe” və “Real” arasında İspaniya çempionatının matçından əvvəl baş verib. Görüş öncəsi hər iki komandanın futbolçuları Seuta sakinlərinə dəstək məqsədilə xüsusi köynəklərlə meydana çıxıblar.

Köynəklərin üzərində “Todos somos caballas” (“Hamımız skumbriyayıq”) yazısı olub. “Skumbriyalar” Seuta sakinlərinin ləqəbidir.

Aksiya Şimali Afrika sahilində yerləşən şəhərdəki miqrasiya böhranı fonunda təşkil olunub. Son vaxtlar Mərakeş tərəfdən sərhədi çox sayda insan keçib, bölgədə iğtişaş və zorakılıq halları qeydə alınıb.

Futbolçuların bu hərəkəti bir sıra İspaniya siyasətçilərinin tənqidinə səbəb olub. Onlardan bəziləri İspaniyada çıxış edən və yüksək maaş alan futbolçuların ölkə sakinlərinə hörmət nümayiş etdirməli olduğunu bildiriblər. Digərləri isə futbolun siyasi proseslərlə qarışdırılmamasına çağırıblar.

“Real” isə futbolçularına dəstək verib. Madrid klubundan bildirilib ki, hər bir futbolçu bu və ya digər ictimai aksiyada iştirak etmək və ya ondan imtina etmək hüququna malikdir.

İdman.Biz