“Real” “Jirona” ilə oyuna mərkəz müdafiəçisiz çıxacaq - Rudiger də zədələnib

Xəbərlər
10 Fevral 2024 18:26
141
“Real” “Jirona” ilə oyuna mərkəz müdafiəçisiz çıxacaq - Rudiger də zədələnib

“Real”ın mərkəz müdafiəçisi Antonio Rudiger zədələnib.

İdman.biz xəbər verir ki, bunu “Kral klubu”nun mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, bu gün keçirilən müayinələrdən sonra Rudigerə sol budunun əzələ zədəsi diaqnozu qoyulub.

Eder Militao, David Alaba və Naço Fernandes də zədəli olduğu üçün madridlilər La Liqanın 24-cü turunda “Jirona” ilə matça mərkəz müdafiəçisiz çıxacaq. Karlo Ançelottinin bu mövqeydə cinah müdafiçisi Dani Karvahalı oynadacağı gözlənilir.

Qeyd edək ki, “Real” – “Jirona” matçı bu gün saat 21:30-da start götürəcək.

İdman.biz