Ronaldo qəzəblənib, ədəbsiz hərəkət edib - VİDEO

9 Fevral 2024 11:30
822
Ronaldo qəzəblənib, ədəbsiz hərəkət edib - VİDEO

Portuqaliya millisinin və “Əl-Nəsr”in ulduzu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında xoşagəlməz hadisənin iştirakçısı olub.

İdman.biz xəbər verir ki, 39 yaşlı hücumçu “Əl-Hilal”la yoxlama oyunu zamanı rəqib azarkeşlərlə münaqişəyə girib.

Matç ərzində Ronaldonun topa hər toxunuşu zamanı fanatlar Lionel Messinin adını səsləndirməklə portuqaliyalını qəzəbləndirib. O, tribunaların altında yerləşən soyunub-geyinmə otağına gedərkən qalmaqal daha da böyüyüb. Həmin vaxt fanatlar klubun şərflərini ona atıblar. Əsəblərini cilovlaya bilməyən Kriştiano onlardan birini götürərək ədəbsiz hərəkəti ilə azarkeşlərə tərəf tullayıb.

Qeyd edək ki, Ronaldonun komandası yoxlama oyununda 0:2 hesabı ilə uduzub.

İdman.biz