İbrahimoviç qanadlı şirin belində - VİDEO

21 Mart 2026 00:30
244
İbrahimoviç qanadlı şirin belində - VİDEO

Əfsanəvi hücumçu Zlatan İbrahimoviç bu yay bizi gözləyən futbol üzrə dünya çempionatında ekspert kimi iştirak edəcək.

İdman.Biz xəbər verir ki, sabiq isveçli futbolçu turnir zamanı "Fox Sports" kanalının televiziya komandasında ekspert-analitik kimi çalışacaq.

İbrahimoviç bu xəbəri qanadlı aslan üzərində çəkilmiş video ilə ictimaiyyətə təqdim edib və paylaşımını “Sizə görə, Amerika” sözləri ilə şərh edib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

İdman.Biz